Azərbaycan Texnologiya Universitetində (ATU) struktur bölmələrin idarəetməsinin daha səmərəli təşkili, daxili keyfiyyət mexanizmlərinin gücləndirilməsi və proseslərin təkmilləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirilib.

Cari ilin oktyabr ayında universitetin müvafiq əmri ilə yaradılmış Struktur bölmələrin monitorinqi komissiyasının fəaliyyət planına əsasən Mətbəə şöbəsi, Mətbuat xidməti və Beynəlxalq əməkdaşlıq şöbəsində monitorinqlər aparılıb.

🔍 Monitorinqlərin əsas məqsədi nədir?

• Struktur bölmələrin fəaliyyətinin daxili qaydalara və nizamnamə tələblərinə uyğunluğunu yoxlamaq

• Universitetin strateji hədəflərinə tam inteqrasiyanı təmin etmək

• İş effektivliyini, mövcud kadr potensialını və idarəetmədə olan resurslardan səmərəli istifadə səviyyəsini obyektiv meyarlarla qiymətləndirmək

Qiymətləndirmə prosesi başa çatdıqdan sonra aşkarlanmış çatışmazlıqlar barədə məlumatlar müvafiq şöbələrin korporativ elektron ünvanlarına göndərilib. Bu nöqsanların növbəti monitorinqlərə qədər aradan qaldırılması tapşırılıb.