Azərbaycan Texnologiya Universitetinin tələbəsi Kənan Məmmədli Sərhədçi İdman Mərkəzində keçirilən “Şuşa Kuboku 2026” yarışında birinci yeri tutub.
Qida mühəndisliyi fakültəsinin Şərabçılıq ixtisasında təhsil alan Kənan 16–17 yaşlı yeniyetmələr arasında 75 kq çəki dərəcəsində mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib. O daha əvvəl Özbəkistanda keçirilən Kikboksinq üzrə Dünya Kubokunda bürünc medal qazanıb. Həmçinin bu ilin sentyabrında İtaliyanın Jesolo şəhərində təşkil olunan WAKO Dünya Çempionatında da iştirak edib.
Tələbəmizi təbrik edir, yeni uğurlar arzulayırıq!